
BAKI, 26 aprel. TELEQRAF
ABŞ və İran arasında danışıqlar növbəti həftə davam edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi məlumat verib.
O qeyd edib ki, mayın 3-də yüksək səviyyəli daha bir görüş planlaşdırılır.
Nazir həmçinin vurğulayıb ki, ABŞ və İran qarşılıqlı hörmətə əsaslanan razılıq əldə etmək istəyini ortaya qoyur.