BAKI, 24 aprel. TELEQRAF
Latviyada yaşayan 18.6 min ukraynalı qaçqın müvəqqəti müdafiə statusunu itirib.
Teleqraf xəbər verir ki, bu barədə Latviyanın Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsinə məlumat yayıb.
Qeyd olunur ki, bu şəxslər vizalarının və ya yaşama icazələrinin müddəti başa çatdıqdan sonra bir ay ərzində yenidən müvəqqəti sənəd almaq üçün müraciət etməyiblər. Nəticədə onların müvəqqəti müdafiə statusları qanuni qüvvəsini itirib. İdarə həmçinin bildirib ki, bu insanların bir hissəsi ölkəni artıq tərk etmiş ola bilər.
Müvəqqəti müdafiə statusunun ləğvi həmin şəxslərin sosial yardım, tibbi xidmət və digər dövlət dəstəyi imkanlarından məhrum olması deməkdir.
Son rəsmi statistikaya əsasən, 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə Latviyada müvəqqəti müdafiə statusu ilə təxminən 47,7 min şəxs, əsasən Ukraynadan olan qaçqınlar qeydiyyatda olub.