BAKI, 24 aprel. TELEQRAF

ABŞ-nin Nyu-Cersi ştatındakı güclü meşə yanğını bu gecə 3000-ə yaxın sakinin təxliyəsinə səbəb olub.

Teleqraf xəbər verir ki, məlumatı "Forbes" yayıb.

Nyu-Cersi Meşə Yanğınsöndürmə Xidmətindən sürətlə hərəkət edən alovun həcminin iki saat ərzində iki dəfədən çox artırdığını bildiriblər.

Nyu Cersinin Okean və Leysi qəsəbələrində başlayan yanğının səbəbi araşdırılır.

Qeyd edək ki, yanğınla əlaqədar dünən səhər saatlarında 25,476-dan çox ev və müəssisə elektriksiz qalıb. Cersi Mərkəzi Enerji və İşıq Şirkəti elektrik kəsilməsinin Cersi Meşə Yanğından Mühafizə Xidmətinin tələbindən sonra təhlükəsizlik səbəbi ilə edildiyini açıqlayıb.