BAKI, 24 aprel. TELEQRAF

Qəzza zolağında İsrailin hərbi əməliyyatları nəticəsində bir gündə azı 45 fələstinli həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı tibbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrailin hücumu nəticəsində azı 45 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Telekanal qeyd edir ki, ölənlərin sayı arta bilər.