BAKI, 24 aprel. TELEQRAF
Dünyasını dəyişən Papa Fransiskin üzündə böyük qançır izi müşahidə edilib.
Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın “Messagero” nəşri məlumat yayıb.
Jurnalistlər pontifikin Vatikanın dərc etdiyi fotoşəkildə Fransiskin üzünün sol tərəfində görünən qançırlara diqqət çəkiblər.
Nevroloq Sabina Antikoli hematomanın insult yaratdığı iflic nəticəsində yıxılmadan sonra peyda ola biləcəyini irəli sürüb.
Papa aprelin 21-də 88 yaşında vəfat edib. Aprelin 23-də Roma Papası Fransiskin cənazəsi olan tabut Müqəddəs Pyotr kilsəsinə aparılıb.