BAKI, 24 aprel. TELEQRAF
“Avropa ölkələri açıq şəkildə Rusiya ilə hərbi münaqişəyə hazırlaşır”.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, Qərbin siyasi və hərbi liderləri 2030-cu ilə qədər mümkün toqquşmaya hazırlığı başa çatdırmaq niyyətindədirlər.
Şoyqu əlavə edib ki, Rusiya təhlükəsizlik orqanları Avropa ölkələrinin hərbi hazırlıqlarını yaxından izləyir.