BAKI, 23 aprel. TELEQRAF

Tayvan boğazı yaxınlığında Çin Xalq Azadlıq Ordusunun (XOQ) 29 təyyarə və 6 gəmisi aşkar edilib.

Teleqraf xəbər verir ki, bu barədə Tayvan Silahlı Qüvvələri məlumat yayıb.

"29 təyyarədən 25-i median xətti keçərək Tayvanın şimal, cənub-qərb və şərq hava hücumundan müdafiə zonalarına daxil olub. Biz vəziyyəti izləyirik", - Tayvan ordusu bildirib.

15 oktyabr 2024-cü ildə rekord sayda 153 PLA təyyarəsi Tayvana yaxınlaşıb.

Bundan əvvəl Çinin xarici işlər naziri Vanq Yi deyib ki, Tayvanın Çinlə birləşməsi qaçılmazdır.