BAKI, 23 aprel. TELEQRAF
Argentina paytaxtının rəhbərliyi yerli qanunvericilik məclisinə metrostansiyaya Roma Papası Fransiskin adının verilməsini təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə Buenos-Ayresin meri Xorxe Makri məlumat verib.
“Mən Qanunvericilik Assambleyasına D xəttindəki metro stansiyasının adının Papa Fransisk adlandırılmasına dair qanun layihəsi təqdim etmişəm”, – o, "X"də yazıb.
88 yaşlı Fransisk bazar ertəsi səhər insultdan vəfat edib.