BAKI, 23 aprel. TELEQRAF

İsrail ordusunun Qəzzadakı əl-Durra Uşaq Xəstəxanasını atəşə tutub.

Teleqraf xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi İsrail ordusunun Tuffah məhəlləsindəki Durra Uşaq Xəstəxanasını vurduğunu açıqlayıb. .

Bildirilib ki, xəstəxananın damındakı günəş panelləri və reanimasiya şöbəsi İsrail ordusunun artilleriya bölmələri tərəfindən vurulub.

İsrail ordusunun hədəf aldığı xəstəxanaya dəyən zərəri əks etdirən görüntülər və fotoşəkillər də paylaşılıb.

Digər tərəfdən, xəstəxanada ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.

Fələstin rəsmiləri bəyan edirlər ki, İsrail ordusu Qəzzada sağlamlıq mərkəzlərini və infrastrukturu qəsdən hədəfə alır.

Hökumətin Qəzzadakı Media Ofisinin məlumatına görə, İsrail ordusu 7 oktyabr 2023-cü ildən Qəzzada 164 səhiyyə müəssisəsini hədəfə alıb, 38 xəstəxana və 81 sağlamlıq mərkəzini xidmətdən çıxarıb.