BAKI, 23 aprel. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye Atom Elektrik Stansiyasının yalnız Ukrayna nəzarəti altında işləyə biləcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Politics of the Country” kanalı məlumat yayıb.
Zelenski vurğulayıb ki, stansiya Kiyevin nəzarəti olmadan, hətta ABŞ rəhbərliyi altında da işləməyəcək. Zelenski qeyd edib ki, AES-in istismarı üçün ukraynalı texniki heyət lazımdır.