BAKI, 22 aprel. TELEQRAF
Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa Birliyi rəsmiləri ilə böyük razılaşma əldə etməyə yaxındır.
Teleqraf xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, tərəflər arasında razılıq əldə olunarsa, Britaniya şirkətləri avropalı müttəfiqlərinə milyardlarla funt-sterlinq dəyərində silah sata biləcəklər.
Yada salaq ki, bir müddət öncə Fransa və Böyük Britaniya Ukrayna ərazisinə sülhməramlıların yerləşdirilməsi ideyasını nəzərdən keçiriblər.