BAKI, 22 aprel. TELEQRAF

Bir neçə milyard dollarlıq maliyyə hesabına sanksiya qoyulmuş Harvadr Universiteti ABŞ Prezidenti Donald Tramp administrasiyasını məhkəməyə verib.

Teleqraf xəbər verir ki, bu barədə “The Harvard Crimson” tələbə qəzeti yazıb.

Təhsil müəssisəsi ölkə rəhbərliyini qeyri-qanuni kampaniya aparmaqda suçlayır. Hüquqlarını bərpa etməyə niyyətli olan universitet administrasiyası Massaçusets ştatının məhkəməsinə iddia ərizəsi göndərib.

Harvard 2,2 milyard dollarlıq maliyyə hesablarının dondurulmasına etiraz edir. Universitet rəhbərliyinin fikrincə, hökumət bu yolla təhsil müəssisəsinin quruluşunu dəyişmək, akademik proqramlara yenidən nəzər salmaq və işəgötürmə qaydalarını yeniləmək fikrindədir.

“The New York Times” qeyd edir ki, müraciətdə cavabdeh qismində təhsil naziri Linda Makmeonun, ədliyyə naziri və Baş prokuror Pem Bondinin, səhiyyə və sosial xidmətlər naziri Robert Kennedinin və başqalarının adı qeyd olunub.