BAKI, 22 aprel. TELEQRAF

"Avropa İrana qarşı sanksiyaların yumşalması və ya ləğvi prosesində əhəmiyyətli rol oynayıb-oynamayacağını müəyyənləşdirməlidir".

Teleqraf xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Sosial şəbəkələrdə yer almış sənəddə deyilir: "Avropa ölkələri konstruktiv rol oynamaq istəyib-istəmədiklərini müəyyənləşdirməli, öz mövqelərini bərpa etməli və ya prosesdə dekonstruktiv qüvvə kimi çıxış etməlidir. Avropa əvvəllər ortaq fəaliyyət planının hazırlanmasında çox mühüm rol oynayırdı və bu prosesə yardım istiqamətində yaxşı təcrübə qazandı. Həmin müddət ərzində biz – İran İslam Respublikası könüllü şəkildə Avropa ölkələrini danışıqların gedişi ilə bağlı məlumatlandırırdıq”.

Qeyd edək ki, aprelin 19-da Romada ABŞ-İran danışıqlarının ikinci mərhələsi keçirilib və orada İranın nüvə proqramı ətrafında müzakirələr aparılıb. Növbəti görüş aprelin 23-nə təyin olunub.