BAKI, 22 aprel. TELEQRAF
Sosial şəbəkələrdə rus və ukraynalı hərbçilərin Pasxa atəşkəsi zamanı qarşılaşmasından bəhs edən videogörüntülər yayılıb.
Teleqraf xəbər verir ki, hadisə Rabotino Zaparojye vilayətində qeydə alınıb.
Görüş bazar günü baş tutub. Müharibə meydanına yoldaşlarının meyitlərinin arxasınca yollanan iki düşmən tərəf gözlənilmədən qarşılaşıb. Görüntülərdə əks qütblərdən olan dörd döyüşçünün sakitcə söhbət etdikləri aydın olur.
Meyitlərin çıxarılmasından sonra onlar heç bir insident olmadan ayrılıblar.