BAKI, 22 aprel. TELEQRAF

Ukraynada müharibədə itkin düşənlərin sayı 63 min nəfər civarındadır.

Teleqraf xəbər verir ki, bu barədə Xüsusi hallarda itkin düşənlərlə bağlı komissiyanın səlahiyyətli nümayəndəsi Artur Dobroserdov yerli mətbuata açıqlamasında deyib.

Onlardan 10 min nəfərinin əsirlikdə olması təsdiqlənib. Bu məlumatın bir qismi Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə rəsmi kanallarla, digər qismi isə azad olunanların ifadələrinə və OSINT-ə (Açıq mənbələr üzrə kəşfiyyat) əsasən müəyyən olunub.