BAKI, 21 aprel. TELEQRAF

Aprelin 23-də Londonda Ukrayna, ABŞ, Böyük Britaniya və Fransa nümayəndələrinin iştirakı ilə danışıqlar prosesi planlaşdırılır.

Teleqraf Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna nümayəndə heyətinə Prezident Aparatının rəhbəri Andrey Yermak rəhbərlik edəcək.

Danışıqarda müdafiə naziri Rustem Umerov, xarici işlər naziri Andrey Sibiqa və Prezident Aparatı rəhbərinin müavini Pavel Palisa də iştirak edəcək.