BAKI, 21 aprel. TELEQRAF
Türkiyədə “İYİ” Partiyasını təmsil edən iki bələdiyyə sədri hakim Ədalət və İnkişaf Partiyasına (AKP) keçib.
Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunlar Bursa Karacabey bələdiyyəsinin sədri Fatih Karabatı və onun Yenişəhərdən olan həmkarı Ercan Özəldir.
Partiyasını dəyişən hər iki bələdiyyə rəhbərini Prezident Rəcəb Tayyib Ərdoğan qəbul edib. AKP sədri də olan ölkə başçısı "İYİ"dən gələnlərə üzvlük bileti və partiya nişanlarını şəxsən verib.