BAKI, 21 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff həftənin sonunda yenidən Rusiyaya səfər edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" onun Moskvaya mümkün yeni səfərinin tarixini açıqlayıb.
İddia olunur ki, Uitkoffun Rusiyaya səfəri həftənin sonunda Londonda baş tutacaq görüşdən sonra baş tuta bilər.
Böyük Britaniyanın paytaxtında keçiriləcək görüşdə Uitkoffdan başqa ABŞ Dövlət katibi Marko Rubio, Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq, həmçinin Kiyev və Avropa ölkələrindən olan nümayəndələr iştirak edəcək.