BAKI, 21 aprel. TELEQRAF

ABŞ-nin daha iki “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Yaponiyanın Honsyu adasının şimalındakı Misava aviabazasına enib.

Teleqraf xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.

Sakit Okean Komandanlığı bildirib ki, məqsəd regionunda sabitliyi artırmaq və strateji çəkindirmə missiyalarını həyata keçirməkdir.

Son iki həftədə ABŞ Yaponiyaya 4 ədəd B-1B strateji bombardmançı təyyarə göndərib.