BAKI, 21 aprel. TELEQRAF
Rusiyanın aprelin 19-da Moskva vaxtı ilə saat 18:00-dan aprelin 21-i saat 00:00-a qədər elan etdiyi "Pasxa atəşkəsi" başa çatıb.
Teleqraf xəbər verir ki, Prezident Putin atəşkəsin uzadılması ilə bağlı heç bir göstəriş verməyib.
Aprelin 19-da Rusiya Prezidenti Vladimir Putin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovla görüşdə atəşkəs elan etmişdi. Amma hər iki tərəf atəşkəsin pozulduğunu açıqlayıb və bir-birini ittiham ediblər.