BAKI, 21 aprel. TELEQRAF

Türkiyə parlamentinin nümayəndə heyəti ikitərəfli və regional məsələlərlə bağlı danışıqlar aparmaq üçün Moskvaya gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay "X" sosial şəbəkəsində məlumat verib .

“Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin üzvləri olaraq, rəsmi görüşlər keçirmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvadayıq.

F.Oktay nümayəndə heyətinin Türkiyə-Rusiya əlaqələrinin daha da möhkəmlənməsinə töhfə vermək, regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparmaq məqsədilə iştirak edəcəyi görüşlərin səmərəli olacağına ümid etdiyini bildirib.

Martın 3-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya-Türkiyə münasibətləri çoxşaxəlidir və inkişaf edir.