BAKI, 20 aprel. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya 30 günlük atəşkəs təklifi irəli sürüb.

Teleqraf xəbər verir ki, o, öz "Telegram" kanalında Rusiya ordusunun atəşkəs rejimini iki min dəfədən çox pozduğunu açıqlayıb.

Ukrayna prezidenti vurğulayıb ki, ruslar cəbhənin bütün əsas sahələrində atəşkəs vədlərinə əməl etməyiblər və Ukraynanın 30 günlük tam sükutla bağlı təklifinə hələ də cavab verməyiblər: "Lakin bu gün hava hücumu siqnalı olmadı. Deməli, atəşkəs mümkündür. Ukrayna mülki infrastruktura ən azı 30 gün müddətində uzaqmənzilli pilotsuz təyyarələr və raketlərlə hər hansı zərbə endirməkdən çəkinməyi təklif edir”.