BAKI, 20 aprel. TELEQRAF
"Pasxa atəşkəsi aprelin 21-i Moskva vaxtı ilə saat 00:00-da başa çatacaq və Rusiya Prezidenti Vladimir Putin onun uzadılması ilə bağlı heç bir göstəriş verməyib".
Teleqraf xəbər verir ki, bu barədə TASS-a Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Qeyd edək ki, Putin Pasxa bayramı münasibətilə atəşkəs elan edib. Atəşkəs 30 saat - Moskva vaxtı ilə 19 aprel saat 18:00-dan 21 aprel 00:00-a qədər etibarlıdır.