BAKI, 20 aprel. TELEQRAF
Avropa Komissiyasının (AK) mətbuat katibi Anitta Hipper Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi Pasxa atəşkəsi barədə ehtiyatla danışıb.
Teleqraf xəbər verir ki, məlumatı Reuters yayıb.
Hipper deyib: "Rusiyanın təcavüzkar keçmişi var, ona görə də biz ilk növbədə təcavüzün real sonunu və ya davamlı atəşkəs üçün atılan konkret addımları görməliyik".
O əlavə edib ki, Ukrayna qeyd-şərtsiz atəşkəsə razılaşdığından bir aydan çox vaxt keçib və Rusiyanın da istəsə, istənilən vaxt hərbi əməliyyatları dayandıra bilər: "Biz davamlı, ədalətli və hərtərəfli sülh axtarışında Ukraynanı dəstəkləməyə davam edirik".
Aprelin 19-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşdə Prezident Putin Pasxa atəşkəsi elan edib.