BAKI, 19 aprel. TELEQRAF
"Pasxa atəşkəsi" Ukrayna Silahlı Qüvvələrinə Rusiya ilə ümumi pravoslav kökləri haqqında düşünmək imkanı verəcək.
Teleqraf xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikasının (DXR) rəhbərinin müşaviri Yan Qaqin bildirib.
O deyib: “Əminəm ki, atəşkəs cəbhədəki tarazlığı pozmayacaq, əksinə, düşmən döyüşçülərinə ortaq inancımız və köklərimiz haqqında düşünmək imkanı verəcək”.
Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi atəşkəsə münasibət bildirən Qaqin vurğulayıb ki, Ukrayna qoşunlarının atəşkəsi pozmaq cəhdləri Rusiya qoşunları tərəfindən sərt və effektiv şəkildə yatırılacaq.