
BAKI, 19 aprel. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin 22 apreldə Oman sultanı Heysəm bin Tariq əl-Səidlə Moskvada görüşəcək.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Rusiya-Oman əməkdaşlığının əsas istiqamətləri, o cümlədən ticarət-iqtisadi, maliyyə-investisiya və mədəni-humanitar sahələrdə əlaqələrin inkişafı müzakirə olunacaq.
Beynəlxalq və regional gündəmin aktual məsələləri ətrafında da fikir mübadiləsi aparılacağı bildirilib.