BAKI, 19 aprel. TELEQRAF

Ağ Ev 200 milyon dollardan çox dəyərində müxtəliflik, bərabərlik və inklüzivliyin təşviqi ilə bağlı olan 400-dən çox qrant proqramını ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) "X" sosial şəbəkə hesabında məlumat verilib.

"Milli Elm Fondu 402 israfçı DEI-qrantını ləğv etdi", - bəyanatda deyilir.

Konkret hansı proqramların kəsildiyi açıqlanmayıb.