BAKI, 19 aprel. TELEQRAF

Arktikada qlobal oyunçular arasında rəqabətin güclənməsi fonunda Britaniya yüksək enliklərdə hərbi mövcudluğunu gücləndirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazır .

Qeyd olunur ki, Böyük Britaniya hökuməti hazırlanmaqda olan Böyük Britaniyanın Təhlükəsizlik, Müdafiə və Xarici Siyasət üzrə İnteqrasiya İcmalının müəlliflərindən bu cür tövsiyələr alacaq.

FT həmçinin dron texnologiyalarına və qabaqcıl hərbi inkişaflara sərmayə qoymağın vacibliyini vurğulayacağını ehtimal edir.

Bundan əlavə, ayrı-ayrı agentliklər arasında resurslar və kadrlar uğrunda rəqabətin qarşısını almaq üçün Böyük Britaniyanın kiber imkanlarının yenidən qurulması tövsiyə oluna bilər.