BAKI, 18 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya səfərinin sentyabr ayına planlaşdırıldığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərə deyib.
Onun sözlərinə gərə, Britaniyaya Kral III Çarlzın dəvəti ilə yollanacaq.
D.Tramp əlavə edib ki, “kral ailəsinə böyük hörmət bəsləyir” və onun üçün “bu, çox böyük şərəfdir”.