BAKI, 18 aprel. TELEQRAF

Ukraynalı deputat Aleksey Qonçarenko Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların müvəqqəti dayandırılması ehtimalının hazırda Parisdə müzakirə olunduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə o, AFP-yə açıqlamasında bildirib.

"Parisdə aprelin 20-də ümumi atəşkəs elan edilməsi imkanı müzakirə edilir", - Qonçarenko qeyd edib.

Xatırladaq ki, Ukraynanın Prezident Administrasiyasının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andriy Sibiqa və müdafiə naziri Rustem Umerovitsin başçılıq etdiyi nümayəndə heyəti Könüllülər Koalisiyasının Yelisey sarayında keçiriləcək iclasında iştirak etmək üçün Parisdədirlər.