
BAKI, 18 aprel. TELEQRAF
Rusiyanın Ukrayna ilə bağlı ABŞ-nin sülh təkliflərini rədd etməsinə dair iddialar həqiqəti əks etdirmir.
Teleqraf TASS-a istinadla xəbər verir ki, bunu Dövlət Departamentinin nümayəndəsi Temmi Bryus jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
"Rusların sülh təkliflərini rədd etdiyinə dair iddialar doğru deyil. Dialoq davam edir. Rusiyaya qarşı ittihamlar irəli sürmək hələ tezdir. Biz danışıqların məzmununu şərh etmirik”, - deyə Dövlət Departamentinin nümayəndəsi əlavə edib.
Daha əvvəl Tramp bildirmişdi ki, dünya bu həftə Ukraynada atəşkəslə bağlı Rusiyanın mövqeyini eşidəcək.
Aprelin 14-də ABŞ Prezidenti Rusiya lideri Vladimir Putinə Ukraynada atəşkəsi dayandırmaq üçün “son tarix” verdiyini bildirib.