BAKI, 17 aprel. TELEQRAF

Türkiyənin sabiq xarici işlər naziri, ölkənin Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlu vəfat edib.

Teleqraf xəbər verir ki, 93 yaşında dünyasını dəyişən O.Çavuşoğlu el arasında Osman Ağa kimi tanınırdı.

O, uzun müddət Alanya şəhərində siyasi fəaliyyətlə məşğul olmaqla yanaşı, təhsil sektorunda da çalışıb.