BAKI, 17 aprel. TELEQRAF

Aleksandr Konyuk Belarusun Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib.

Teleqraf xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr Lukaşenko müvafiq fərmanı aprelin 17-də imzalayıb.

Lukaşenko digər sərəncamla Vyaçeslav Brili Belarusun Nigeriyada, eyni zamanda Qana, Kamerun və Kot-d'İvuarda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.