
BAKI, 17 aprel. TELEQRAF
Almaniyanın 8 aparıcı bankı müdafiə sənayesinə investisiya yatırmaqdan imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə bankların yaydığı birgə bəyanatda bildirilir: “Silahlara investisiyalar zəruridir, lakin etik cəhətdən əsaslandırılmır”.
Bəyanatı GLS-Bank, KD-Bank, BiB Essen, Bank für Kirche und Caritas, DKM - Partner für Kirche und Caritas, Evangelische Bank, Steyler Ethik Bank və PAX Bank imzalayıb.
Banklar bəyan edib ki, təhlükəsizliyin təmin edilməsi dövlətlərin vəzifəsidir və özəl şirkətlər silahlı münaqişələrin genişlənməsinə töhfə verməməlidir.