BAKI, 11 aprel. TELEQRAF
Rusiya Ədliyyə Nazirliyi ölkənin keçmiş xarici işlər naziri Andrey Kozırevi xarici agent elan edib.
Teleqraf TASS-a istinadən xəbər verir ki, Kozırev Rusiya hakimiyyətinin qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasətlə bağlı etibarsız məlumatlar, eləcə də Rusiya Silahlı Qüvvələri haqqında mənfi imic yaratmağa yönəlmiş yanlış məlumatlar yayıb.
Qeyd olunur ki, o, Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın əleyhinə çıxış edib.