BAKI, 11 aprel. TELEQRAF

Mərkəzi Asiyadakı qardaş respublikalar xarici siyasətimizdəki özəl yerlərini daha da gücləndirir.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ədoğan aprelin 11-də 4-cü Antalya Diplomatik Forumunun rəsmi açılış mərasimində deyib.

“Mərkəzi Asiyanın qardaş respublikaları xarici siyasətimizdə öz xüsusi yerlərini hər keçən gün möhkəmləndirirlər. Son illər ölkəmizin gərgin səyləri ilə inteqrasiya istiqamətində mühüm addımlar atan Türk Dövlətləri Təşkilatı bu əməkdaşlığın möhkəmlənməsinə çox mühüm töhfələr verir. Son vaxtlar Kipr türk xalqının suveren bərabərliyini və bərabər beynəlxalq statusunu tanıtmaq üçün səylərimizi artırmışıq. Adada ədalət bərqərar olana qədər bunu səbirlə davam etdirəcəyik”, - dövlət başçısı bildirib.