BAKI, 11 aprel. TELEQRAF

"Cənubi Koreya Suriya ilə diplomatik əlaqələri bərpa edib".

Teleqraf xəbər verir ki, bununla Seulun Şimali Koreya istisna olmaqla BMT-nin bütün üzv dövlətləri ilə diplomatik əlaqələri təmin edilib.

Cənubi Koreyanın xarici işlər naziri Ço Te Yol apelin 9-da Suriyaya səfər edib. O, burada xarici işlər naziri Əsəd Şeybani və keçid hökumətində prezident vəzifələrini icra edən Əhməd əl-Şəraa ilə görüşüb. Koreyalı nazir iki ölkənin əməkdaşlığının Suriyanın inkişafına və regional sabitliyə töhfə verəcəyinə əminliyini bildirib.

Tərəflər Cənubi Koreya şirkətlərinin Suriyanın bərpasında iştirakı və humanitar yardım məsələlərini də müzakirə ediblər.

Qeyd edək ki, Cənubi Koreya ilə Suriya arasında diplomatik əlaqələr Əsəd rejiminin Şimali Koreya ilə sıx əlaqələrinə görə kəsilmişdi.