BAKI, 10 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp gələn ay Türkiyəyə səfər edə bilər, lakin yekun qərar verilməyib.
Teleqraf xəbər verir ki, bu barəfə CNN məlumat yayıb.
“Tramp gələn ay Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə edəcəyi səfərdən sonra Yaxın Şərq turnesinə Türkiyəni də daxil etməyi düşünür”, - deyə telekanal Ağ Ev-dəki mənbəyə istinadən yazıb.
CNN-ə danışan rəsmilərdən biri iddia edib ki, sözügedən səfər Trampla Prezident Rəcəb Tayyib Ərdoğan arasında son telefon danışıqlarının birində müzakirə olunub.
Hesabatda həmçinin qeyd olunub ki, Tramp hazırda İsraili Yaxın Şərq tur proqramına daxil etməyi düşünmür.
Xarici işlər naziri Hakan Fidan da "CNN Türk"də Prezident Ərdoğanın dünən axşam ABŞ-a mümkün səfəri ilə bağlı suala "Hazırlıq var, liderlərin iradələrini bəyan etdikləri bir məsələdir. Hazırda bunun nə vaxt və harada olacağını müzakirə edirik",- deyə cavab verib.