BAKI, 10 aprel. TELEQRAF

İstanbulda Rusiya ilə ABŞ arasında məsləhətləşmələr konstruktiv şəraitdə keçib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama verib.

Məlumatda deyilir ki, tərəflər yaxın zamanlarda yeni təmas imkanlarını müzakirə ediblər.

Tərəflər diplomatik nümayəndəliklər üçün bank xidmətlərinin imkanlarını da nəzərdən keçiriblər.

Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində Rusiya və ABŞ diplomatik münasibətlərinin normallaşdırılması üzrə məsləhətləşmələrin ikinci raundu keçirilib.