BAKI, 10 aprel. TELEQRAF

Rusiya XİN və ABŞ Dövlət Departamenti arasında danışıqlar yalnız ikitərəfli münasibətlərin normallaşdırılması ilə bağlı məsələləri əhatə edir, Ukrayna mövzusu müzakirə edilmir.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov mətbuat konfransında açıqlama verib.

Peskov bildirib ki, Ukrayna məsələsi bu danışıqlarda müzakirə edilmir.