BAKI, 10 aprel. TELEQRAF
Bu gün İstanbulda Rusiya və ABŞ arasında səfirliklərin işi ilə bağlı məsləhətləşmələrin ikinci raundu keçiriləcək .
Teleqraf TASS-a istinadən xəbər verir ki, görüş Rusiyann Baş konsulluğunda baş tutacaq.
Yerli hüquq-mühafizə orqanlarındakı mənbələr qeyd edir ki, görüşdən əvvəl təhlükəsizlik tədbirləri gücləndiriləcək.
İkinci görüşdə Rusiya nümayəndə heyətinə ölkənin Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter başçılıq edir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın qeyd etdiyi kimi, tərəflər məsləhətləşmələrdə diplomatların işinə mane olan çoxsaylı maneələrin aradan qaldırılması üçün əsaslı işi davam etdirəcəklər.
Amerika tərəfi İstanbul görüşündə “siyasi və ya təhlükəsizlik məqamlarının” gündəmə gətirilməyəcəyini, Ukrayna məsələsinin isə “qətiyyən gündəmdə olmadığını” vurğulayıb.
İstanbulda məsləhətləşmələrin birinci raundu fevralın 27-də baş tutub, qapalı formatda danışıqlar altı saatdan çox davam edib.