BAKI, 10 aprel. TELEQRAF.
Avstraliya tariflərdə ABŞ-yə güzəştə getməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin rəhbəri Penni Vonq jurnalistlərə açıqlamasında deyib.
Vonq onu da əlavə edib ki, ölkə təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericiliyin tələblərinin icrasından geri çəkilməyəcək.
Onun sözlərinə görə, yüksək ticarət rüsumlarının tətbiqi Kanberranı milli biotəhlükəsizlik siyasəti ilə bağlı məsələlərdə güzəştə getməyə məcbur etməyəcək: "Biz ABŞ-nin tələbinə uyub, bioloji müdafiə sistemindən imtina etməyə hazır deyilik... . Baş nazir [Avstraliyanın Entoni Albanese] bunu açıq şəkildə ifadə edib, ticarət naziri [Don Farrell] də bunu açıq deyib və mən də təkrar edirəm. Biz bu məsələlərdə güzəştə getməyəcəyik".