BAKI, 10 aprel. TELEQRAF

Çin Amerika məhsullarına əlavə rüsumları 84%-ə qaldırdı.

Teleqraf xəbər verir ki, məlumatı "Röyters" yayıb.

Pekin həmçinin, əsasən müdafiə sənayesi ilə məşğul olan 18 ABŞ şirkətinə məhdudiyyətlər tətbiq edib, bununla da, Trampın tariflərinə görə cəzalandırılan Amerika firmalarını sayı 60-a çatıb.

Bu addım ABŞ Prezidenti Donald Trampın Çin mallarına əlavə rüsumları 125 faizə çatdırmasına cavabdır.

Çinin maliyyə nazirliyinin bəyanatında deyilir: "ABŞ-nin bu rüsumları artırması Çinin qanuni hüquq və maraqlarını ciddi şəkildə pozan və çoxtərəfli ticarət sistemini ciddi şəkildə sarsıdan bir səhvdir".