BAKI, 9 aprel. TELEQRAF
Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 12-də Antalyada keçiriləcək Diplomatik Forumda iştirak etmək üçün Türkiyəyə səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Aprelin 12-də Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanın dəvəti ilə dördüncü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edəcək", - o qeyd edib.