BAKI, 5 aprel. TELEQRAF

İsrailin ötən ay Qəzza zolağında hava hücumlarını bərpa etməsindən sonra 142 mindən çox insan öz evini tərk etməyə məcbur olub.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyindən (UNRWA) bildirilib.

Məlumata görə, atəşkəsin pozulması yeni köç dalğası ilə nəticələnib.

Qəzza zolağında müharibə dövründə ümumilikdə təxminən 1,9 milyon insan, o cümlədən minlərlə uşaq bombardmanlar, qorxu və itkilər fonunda məcburi köçkünə çevrilib.

Qeyd edək ki, İsrail ordusunun sözügedən bölgəyə son hücumları nəticəsində 24 saat ərzində daha 60 nəfər ölüb.