BAKI, 4 aprel. TELEQRAF

Rusiya və İran inkişaf etmiş və çoxşaxəli, ikitərəfli münasibətləri olan müttəfiqlərdir.

Teleqraf xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

İranla yanaşı, ABŞ ilə münasibətlərə də toxunan Peskov hər iki ölkənin silahlanma məsələsini müzakirə etmək üçün uyğun atmosfer yaratmaq məqsədilə ehtiyatlı addımlar atdığını vurğulayıb.

Kremlin sözçüsü həmçinin qeyd edib ki, Rusiya hazırda Ukrayna ilə mümkün atəşkəsə dair nüansları müzakirə etməyə davam edir.