.jpg)
BAKI, 24 mart. TELEQRAF
"Rusiya və ABŞ-nin ekspert qrupları Ər-Riyaddakı məsləhətləşmələrdən sonra heç bir sənəd imzalamağı planlaşdırmır".
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Görüşdən sonra heç bir sənədin imzalanması nəzərdə tutulmayıb”, - o, jurnalistin sualını cavablandırıb.
Qeyd edək ki, Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edir. Amerika nümayəndə heyətinin tərkibinə Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Endryu Pik, Dövlət Departamentinin Siyasət Planlaması üzrə direktoru Maykl Anton, həmçinin Ukrayna üzrə xüsusi elçinin köməkçiləri Keyt Kelloq və Milli Təhlükəsizlik müşaviri Mayk Vals daxildir.