
BAKI, 24 mart. TELEQRAF
Ankarada İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya və terror istintaqına etiraz olaraq keçirilən icazəsiz nümayişlərdə 5 polis əməkdaşı yaralanıb.
Teleqraf yerli KİV-lərə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələrinə hücum edən edən 66 etirazçı saxlanılıb.
Polislər etirazçılar arasında təxribatçıların olduğunu və onlara kəsici alətlərlə hücum etdiklərini bildirib.