BAKI, 22 mart. TELEQRAF

Macarıstanda parlamentdə "tüstü bombası" yandıran deputatlar cəzalandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Politics of the Country” "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, hadisə martın 19-da baş verib.

Olayda iştirak edən altı deputatın qanunvericilik binasına girişi qadağan edilib və ümumilikdə 200 min avro cərimə olunublar. Cərimənin 60 min avrosunu müxalifətdəki "Momentum" partiyasının lideri David Bedot ödəyib.

Cəzalandırılan parlamentarilər Budapeştdə LGBT paradına qadağa qoyulmasına qarşı çıxıblar. "Tüstü bombalar"ı parlamentin "qürur paradı"nı qadağan edən qanunu qəbul etməsinə mane ola bilməyib.