
BAKI, 22 mart. TELEQRAF
Rusiya enerji obyektlərinə hücumlara cavab vermək hüququnu özündə saxlayır.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarova əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri 19 martda Krasnodarda neft bazası, 21 martda isə Kursk vilayətindəki Sudja qazpaylayıcı stansiyasına hücum etməklə artıq Rusiya ərazisini hədəf alıb.
XİN rəsmisi Ukrayna hakimiyyətinin bu addımlarını danışıqlar prosesini pozmağa yönəlmiş təxribat kimi qiymətləndirib.